Həmkarlar İttifaqının sıraları genişlənir: yeni üzvlər qəbul olundu
- 19 Okt 2019 13:50
- 992
AFFA Həmkarlar İttifaqının növbəti toplantısı keçirilib.
Rekord.az xəbər verir ki, bu dəfəki toplantı növbədən kənar olub.
Daha çox ittifaqa üzv olmaq istəyən şəxslərin istəyinə görə. Toplantıda ittifaqın sədri Nazim Süleymanov, idarə heyətinin üzvləri Səmədağa Şıxlarov, Novruz Əzimov, Asəf Namazov, Samir Ələkbərov və Anar Xanlarov iştirak edib. Həmçinin ittifaqın üzvü olan keçmiş futbolçu Elvin Əliyev də toplantıya qatılıb. Öncə çıxış edən Nazim Süleymanov öncə iştirakçıları 18 oktyabr müstəqillik günü münasibəti ilə təbrik edib. Daha sonra ittifaqa qoşulmaq istəyən yeni simaları salamlayaraq onlara ittifaqın məram və vəzifələri, yaranma zərurəti haqda geniş məlumat verib. Bildirilib ki, onların əsas məqsədi Azərbaycan futbolunda yaşanan neqativ hallara, qanun pozuntularına qarşı sağlam mübarizə aparmaq, futbol adamlarının pozulan hüquqlarının bərpasına yardım etməkdir. Süleymanov eyni zamanda qonaqlara Həmkarlar İttifaqınam üzvülüyün məcburi yox, könüllü qaydada olduğunu da çatdırıb.
Süleymanovdan sonra çıxış edən Asəf Namazov da Azərbaycan futbolunda baş alıb gedən özbaşınalıq, anarxiyadan söz açaraq bunların aradan qaldırılması üçün həmkarlar ittifaqının mövcud olduğunu bildirib.
Novruz Əzimovla Səmədağa Şıxlarov da üzv olmaq istəyən şəxslərə təşəkkür edərək bu addımın onların öz hüquqlarını qorumaları baxımından çox vacib olduğunu bildirdi. Əzimov eyni zamanbda qeyd etdi ki, gənc futbolçular var hansı ki, I Divizionda tətbiq olunnan lazımsız limit ləğv olunsa onlar yenidən yaşıl meydançalara qayıda bilərlər.
Anar Xanlarov isə yeni üzv olacaq şəxslərin Azərbaycan futbolunun bataqlıqdan çıxmasında pay sahibi olacağına inandığını bildirib və onlara uğurlar arzulayıb.
Daha sonra 10 nəfər yeni simalar AFFA Həmkarlar İttifaqına üzv qəbul olunub. Onların sırasında bir vaxtlar müxtəlif yaş qruplarından ibarət milli komandalarda, o cümlədən Premyer Liqa klublarında forma geyinmiş Abaş Kələşov, Elgün Əliyev, Cavid Talıb, Əziz Kələşov və Rəşid Əliyev kimi futbolçular olub.
Qeyd edək ki, bununla da AFFA Həmkarlar İttifaqının üzvlərinin sayı 350 nəfərə çatıb.