Həmyerlimiz avrokubok matçını idarə edəcək
- 14 Dek 2022 10:27
- 445
Avropa Voleybol Konfederasiyası növbəti dəfə azərbaycanlı mütəxəssislərə etimad göstərib. "Rekord.az" xəbər verir ki, beynəlxalq dərəcəli hakim Zaur Hacıyev avrokubok matçına təyinat alıb.
Həmyerlimiz qadın voleybolçular arasında keçirilən "Challenge Cup"ın 1/16 final mərhələsində Rumıniyanın "Rapid Bucuresti" və Çexiyanın "TJ Ostrava" klubları arasında baş tutacaq oyunu idarə edəcək. Hacıyev bu gün Rumıniyada keçiriləcək qarşılaşmanın baş hakim olacaq. Bu görüşdə ona italiyalı Alessandro Cerra köməklik edəcək.