Beynəlxalq dərəcəli azərbaycanlı hakim Eldar Zülfüqarova Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti təyinat göndərilib. "Rekord.az" xəbər verir ki, Zülfüqarov avrokubok matçını idarə edəcək.

O, kişi voleybolçular arasında "Qızıl Avropa Liqası"nda A qrupunda yer alan Türkiyə və Rumıniya yığmalarının qarşılaşmasının baş hakimi olacaq. Oyun iyunun 4-də Türkiyənin Konya şəhərində keçiriləcək. Görüşdə ikinci hakim funksiyasını türkiyəli Burhan İlhan yerinə yetirəcək.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.