Həmyerlimiz Avropa Beynəlxalq Hakim Namizədi Kursunda iştirak edib. "Rekord.az" xəbər verir ki, aprelin 23-dən mayın 1-dək Bolqarıstanda Avropa Beynəlxalq Hakim Namizədi Kursu (EIRCC) keçirilib. Sofiya şəhərində təşkil olunan kursda 21 ölkədən 23 gənc hakim iştirak edib. Ölkəmizdən isə kursa respublika dərəcəli hakim Kəmalə Əskərova qatılıb.
Avropa Hakimlər Komissiyası (ERC) tərəfindən təşkil olunan kurs doqquz gün davam edib. Nəzəri və praktik hissələrdən ibarət olan kursun yekununda bütün iştirakçılar buraxılış imtahanlarından uğurla keçərək diploma layiq görülüblər.