Həmyerlimiz Çempionlar Liqasına təyinat alıb
- 29 Okt 2019 12:45
- 942
Voleybol üzrə Çempionlar Liqasında qadınların yarışında ilkin mərhələn dava edir. "Rekord.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişman 3-cü turun cavab qarşılaşmalarından birinə təyinat alıb.
Həmyerlimiz Ukraynanın "Khimik Yuzhny" və Çexiyanın "VK UP Olomouc" klublarının cavab oyununun supervayzeri olacaq. Həmin qarşılaşma bu gün Ukraynanın Yujnı şəhərində baş tutacaq.
Qeyd edək ki, bu komandaların ilk oyununda Ukrayna təmsilçisi 3:2 hesabı ilə qələbə qazanıb. Bu cütün qalibi qitənin ən nüfuzlu yarışının qrup mərhələsində mübarizə aparmaq şansı qazanacaq.