Beynəlxalq dərəcəli azərbaycanlı voleybol hakimi avro kubok oyununu idarə edəcək. "Rekord.az" xəbər verir ki, Avropa Voleybol Konfederasiyası bu dəfə Zaur Hacıyevə növbəti təyinat göndərib. 
Təmsilçimiz fbu gün Milanda baş tutacaq kişi voleybolçular arasında “Çelenc Kap”ın 1/8 final mərhələsində iş başında olacaq. 
O, “Milan” (İtaliya) ilə “Mladost” (Xorvatiya) arasında cavab görüşündə baş hakim funksiyasını yerinə yetirəcək. Oyunda köməkçi referi isə ispaniyalı Fernando Benites olacaq.
Qeyd edək ki, bu komandaların ilk qarşılaşmasında italyanlar 3:0 hesabı ilə qalib gəliblər.