Avropa Voleybol Konfederasiyası növbəti dəfə həmyerlimizə etimad göstərib. "Rekord.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova bu gün kişi voleybolçular arasında keçirilən Avropa çempionatının təsnifat mərhələsində A qrupunun Türkiyə və Danimarka matçının supervayzeri olacaq.

Avropa Voleybol Konfederasiyasının bu matç üçün təyinatlarına əsasən İsmayılova görüşün hakimləri almaniyalı Avramidis Alexandrosun və bolqarıstanlı Yovçev Konstantinin işinə qiymət verəcək.