Bu günlərdə Türkiyədə Muay Tay MMA üzrə beynəlxalq turnir keçirilib.

Rekord.az xəbər verir ki, turnirdə Azərbaycanı Rüstəm Müslümov təmsil edib.

Yarışda İndoneziya, Qazaxıstan, Əfqanıstan və Çeçenistandan olan peşəkar idmançılar çıxış edib. Rüstəm bu yarışda Türkiyənin "Sakaryaspor" klubunu təmsil edib və həm də Azərbaycanın adından çıxış edib. Türkiyə səfəri həmyerlimiz üçün uğurla başa çatıb. Belə ki, İndoneziyadan olan idmançını məğlub edən Müslümov 1-ci yerin sahibi olub. 

Qeyd edək ki, həmyerlimiz buna qədər də bir çox turnirlərdə ölkəmizi təmsil edib və 4 qat dünya çempionluğu tituluna sahibdir.