Həmyerlimizə növbəti etimad
- 20 Avq 2022 17:13
- 466
Avropa Voleybol Konfederasiyası (CEV) həmyerlimizə növbəti dəfə etimad göstərib. "Rekord.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının Avropa İdarə Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana qitə birinciliyinin seçmə mərhələsinin görüşünə təyinat alıb.
Frişman Gürcüstanın paytaxtı Tbilisidə kişi voleybolçular arasında keçiriləcək AVRO-2023-ün təsnifat mərhələsinin F qrupunun Gürcüstan - Slovakiya matçına supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Bu gün Tbilisidəki Yeni Voleybol Arenasında keçiriləcək qarşılaşmanın hakimləri türkiyəli Koray Yılmazgil və polşalı Masiec Tuardouskidir.
Qeyd edək ki, Gürcüstan - Slovakiya yığmalarının ilk qarşılaşması slovakların 3-0 hesablı qələbəsi ilə başa çatıb.