Həmyerlisi Sxadadzenin xahişini yerə saldı və Gürcüstan klubu ilə danışıqlara başladı
- 30 İyl 2024 13:00
- 306
"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze həmyerlisi Zurab Oçiqavadan komandada qalıb I Liqada ona kömək istəməsini xahiş edib.
Rekord.az-a daxil olan məlumata görə, futbolçu bu xahişdən imtina edib.
Buna səbəb həm maaşın azalması, həm də komandanın I Liqada mübarizə aparmasıdır. Sxadadzenin "1 il döz, gələn il yenidən Premyer Liqata dönəcəyik" israrı da işə yaramayıb.