Həndbol Federasiyasının rəsmisi Türkiyə millisinin oyununa təyinat aldı
- 27 Fev 2024 16:00
- 232
Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri İsgəndər Əsgərov növbəti təyinat alıb.
Rekord.az xəbər verir ki, beynəlxalq dərəcəli nümayəndə qadın həndbolçulardan ibarət AÇ-2024-ün seçmə qrup mərhələsi matçında iş başında olacaq.
O, 6-cı qrupun 3-cü turunda Bolqarıstanla Türkiyə yığmaları arasında birincilərin meydançasında baş tutacaq qarşılaşmada Avropa Həndbol Federasiyasının nümayəndəsi kimi fəaliyyət göstərəcək. Görüş fevralın 28-də Şumen şəhərində yerləşən “Şumen Arena”da təşkil olunacaq. Oyunun hakimləri Albaniyadan Şerif Çema və Besfort Çaka olacaqlar.
Türkiyə yığması hazırda 1 xalla üçüncü pillədə qərarlaşıb. Sonuncu sıradakı Bolqarıstanın hesabında isə xal yoxdur.