“Hər dəfə ilin ən yaxşı məşqçisi seçiləndə məsuliyyət daha çox artır”
- 14 Dek 2024 16:00
- 116
“Hər dəfə ilin ən yaxşı məşqçisi seçiləndə məsuliyyət daha çox artır”.
Rekord.az xəbər verir ki, bunu Komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğuda ilin məşqçisi seçilən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
52 yaşlı mütəxəssis tədbirdən sonra baş tutan brifinqdə təəssüratlarını jurnalistlərlə bölüşüb:
"Artıq 14-cü dəfədir ki, ilin ən yaxşı məşqçisi adına layiq görülürəm. Hisslərimi sözlə ifadə etmək çox çətindir. Həqiqətən mənim üçün çox xoş oldu. Hər dəfə ilin ən yaxşı məşqçisi seçiləndə məsuliyyət daha çox artır. Məni bu ada layiq görənlərə dərin təşəkkürümü bildirirəm. Təbii ki, mənə göstərilən etimadı doğrultmaq üçün hər zaman əlimdən gələni edirəm".
Xatırladaq ki, Qurbanov 64 jurnalist arasında təşkil olunan səsvermədə 47 səslə birinci olub. O, 2009-cu ildən bu yana keçirilən sorğularda bu mükafata layiq görülür.