“Hər kəs bizi aşağı pillələrdə görürdü” – Elmar Baxşıyev
- 21:22
- 24
“Araz-Naxçıvan” bu gün Azərbaycan Premyer Liqasının 3-cü turundan təxirə salınmış matçda “Zirə”nin qonağı olub.
Rekord.az xəbər verir ki, 1:0 hesabı ilə qalib gələn Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyevin oyundan sonra mətbuat konfransı keçirilib. Baxşıyev hər iki komandanın yaxşı mübarizə göstərdiyini bildirib:
“Oyun həqiqətən də düşündüyümüz kimi, ağır alındı. Hər iki komanda yaxşı mübarizə göstərdi. Ümumi olaraq, yolumuza davam edirik. Komandamı təbrik edirəm. Yaxşı mübarizə apardılar. Dinamik oyun göstərdilər. Düşünürəm ki, zədəli futbolçularımız bizə qoşulandan sonra daha yaxşı olacaq.
Sərəncamımda olan bütüb futbolçularıma güvənirəm, həmçinin Qara Qarayevə də. Böyük səviyyəli futbolçudur. Klub olaraq ona dəstək oluruq. Düşünürəm ki, getdikcə daha yaxşı formada olacaq.
Bu komandanı yığanda hər kəs bizi aşağı pillələrdə görürdü. Amma gördüyünüz kimi, yuxarı yerlərdə qərarlaşmışıq. Komanda olaraq avrokuboklara düşmək kimi bir düşüncəmiz hələ ki, yoxdur. Amma qismətimizdə olacaqsa, lap yaxşı olar”.