“Hər son yeni bir başlanğıcdı” - Marko Deviç
- 28 Apr 2020 18:20
- 651
Karyerasını bitirmək qərarı verən “Sabah”ın sabiq hücumçusu Marko Deviç bununla bağlı paylaşım edib.
Rekord.az xəbər verir ki, “İnstaqram” hesabından paylaşım edən ukraynalı futbolçu, qərarı ilə bağlı bunları yazıb:
“Ən çox sevdiyim işi görmək şansına sahib olduğum üçün xoşbəxtəm və qürur duyuram. Ailəmə, valideynlərimə və bütün dostlarıma sonsuz sevgi və dəstək üçün təşəkkür edirəm. Rəhbərlərə, məşqçilərə, komanda yoldaşlarıma və Ukrayna millisinə, işbirliyi etmək şərəfinə sahib olduğum hər kəsə təşəkkür etmək istəyirəm. Hər son yeni bir başlanğıcdır”.
Deviç yanvardan “Sabah”ın şərəfini qoruyurdu. O, 2018/19 mövsümündə də paytaxt klubunda çıxış etmişdi.