Həşimovdan ilk qələbə şərhi: “Kimisə göndərməyi düşünmürəm”
- 24 Noy 2019 17:40
- 940
“Zirə”nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 12-ci turunda “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Uşaqlar oyuna yaxşı başladılar. Necə hazırlaşmışdıqsa, o cür də start götürdük. Qollardan sonra da epizodlarımız oldu. Hesab məni qane edir. Oyunçuların istəklərindən razı qaldım. Bunun da nəticəsində qələbə qazandıq”.
Biz Elvinlə Cavidə daha çox istirahət vermişdik. Bəlkə də, üstünlüyümüz bunda oldu. Mfo yorğun idi, yığmadan qayıdıb. Amma yorğun olmasaydı belə, Xulio zədədən qayıdıb, yaxşı durumda idi. İstənilən halda iki hücumçu ilə oynayacaqdıq”.
Bu, Həşimovun “Zirə” ilə ilk qələbəsi olub. O, bununla da bağlı fikirlərini bölüşüb:
“Qələbə hər zaman sevindiricidi. Bundan əvvəlki iki heç-heçə də qələbəyə bərabər idi. Eyni hissləri yaşadım. Uşaqlar göstərdilər ki, komandanın potensialı əvvəlki nəticə kimi deyil. Qış fasiləsində heyətdə ciddi dəyişiklik olmayacaq. Bu uşaqlarla davam edəcəyik. Çalışacağıq komandanı gücləndirək. Hazırkı heyətdən tam razıyam, onlara iradım çox deyil. Qışda rəhbərliklə danışacağıq. İmkan daxilində çalışacağıq heyəti gücləndirək. Kimisə göndərmək ehtimalı barədə düşünmürəm”. (matc.az)