Cinsi qısnama ittihamı ilə göz altına alınan Dani Alvesə daha bir zərbə həyat yoldaşından gəlib.

Rekord.az xəbər verir ki, 2017-ci ildən futbolçu ilə evli olan Joana Sans ilk vaxtlar Alvesı dəstək olsa da, sonradan görünür qərarını dəyişib.

Məhz bu səbəbdən futbolçu ilə instagramda olan bütün fotolarını, hətta toy şəkillərini də silib.