“Bavariya”nın hücumçusu Robert Levandovskinin həyat yoldaşı Anna Levandovskaya "Qızıl top" mükafatı ilə bağlı paylaşım edib.

Rekord.az xəbər verir ki, o, İnstaqram hesabındakı paylaşımında həyat yoldaşına dəstək olaraq mükafatı qazanmadığı üçün üzülməməli olduğunu bildirib: "Sevgilim, mənim üçün sən ən yaxşısan! Həmişə səninlə fəxr edirəm! Səni sonsuzadək sevirəm”.

Qeyd edək ki, Robert Levandovski ötən mövsüm Bundesliqa və Almaniya Superkubokunun qalibi olub. O, bütün turnirlərdə 40 oyunda 48 qol vurub. “Qızıl top”u isə PSJ-nin hücumçusu Lionel Messi qazanıb. Levandovski 2-ci olub.