“Heydər Əliyev İli” ilə əlaqədar şahmat turniri
- 21 Fev 2023 12:21
- 548
Naxçıvan Şahmat Mərkəzinin idmançıları arasında “Heydər Əliyev İli” ilə əlaqədar olaraq təsnifat turniri keçirilib.
Rekord.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Şahmat Federasiyası tərəfindən birgə təşkil olunan yarışda 65 idmançı iştirak edib. Y
ekun sıralama İsveçrə sistemi üzrə 9 turluq mübarizəyə əsasən müəyyənləşib.
Nəticələrə gəlincə, Ercan Sevdımaliyev oğlanlar arasında birinci olub. Anar Əsgərov və Əli Qənbərli müvafiq olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar. Qızların mübarizəsində isə Nigar Qənbərli qalib olub. Sitarə Səfərli ikinci, Şəkər Məmmədova isə üçüncü yerə layiq görülüb.
İlk üç yerin sahibləri diplomla təltif ediliblər.