Goranboy rayon İcra Hakimiyyətinin dəstəyi və Gənclər və İdman İdarəsinin, Goranboy-Naftalan rayonları üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə "2023-cü il Heydər Əliyev İli"nə həsr olunmuş 8-9 sinif şagirdləri arasında kross yarışı üzrə rayon birinciliyi keçirildi.

Rekord.az xəbərverir ki, birinciliyə 200-ə yaxın idmançı qatıldı.

Kəpənəkçi dairəsindən Heydər Əliyev Parkınadək olan məsafəni qət etdilər.

Yarışın yekun nəticəsinə görə;

Muzdurlar kənd tam orta məktəbin şagirdi Tanrıverdiyev Pənah I yeri,

Goranboy şəhər 3 nömrəli məktəbin şagirdi Məmmədov Toğrul II yeri,

Qızılhacılı qəsəbə 1 nömrəli məktəbin şagirdi Paşayev Elnur III yeri qazandı.

Qaliblər Rayon İcra Hakimiyyəti başçısının müavini Seymur Nazarov, Gənclər və İdman İdarəsinin rəhbəri Cəfər Verdiyev və İcra Hakimiyyətinin əməkdaşı Toğrul Həsənli tərəfindən diplom, kubok və medallarla təltif olundular.