Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turniri davam edir.

Rekord.az xəbər verir ki, yarışın ikinci günündə 6 çəki dərəcəsində 18 döyüş keçirilib.

60 və 63 kq-da 1/8 final mərhələsi yekunlaşdığı halda, digərlərində 1/4 final görüşləri baş tutub. Azərbaycan millisinin daha 8 boksçusu “Heydər Əliyev Kuboku-2024”ə qələbə ilə başlayıb.

Boks Mərkəzində keçirilən ənənəvi turnirin üçüncü günündə 20 görüş keçiriləcək.

1/8 final

60 kq

Nurlan Abışov (Azərbaycan) – İslam Tağıyev (Azərbaycan) 0:3

Ruhin Səfərov (Azərbaycan) – Yerdavlet Şomekey (Qazaxıstan) 0:5

Akaki Basarya (Gürcüstan) – Ülvi Qasımzadə (Azərbaycan) 5:0

Fərid Abbaszadə (Azərbaycan) – İslam Yermuxambet (Qazaxıstan) - ikinci tam üstünlüklə qalib gəlib

63 kq

Bibaris Aşırbay (Qazaxıstan) – Tanrıverdi Məmmədli (Azərbaycan) 5:0

Nika Beraya (Gürcüstan) – Dəniz Zeynalov (Azərbaycan) - birinci qalib gəlib

Sultan Satbay (Qazaxıstan) – Azad Cavadzadə (Azərbaycan) 5:0

1/4 final

52 kq

Bağır Əmirxanlı (Azərbaycan) – Sandro Papidze (Gürcüstan) 4:1

Raul Heydərli (Azərbaycan) – Nihad Bayramov (Azərbaycan) 4:1

Temirxan Jolmaxan (Qazaxıstan) – Elxan Əlizadə (Azərbaycan) - birinci tam üstünlüklə qalib gəlib

Əli Baxışov (Azərbaycan) – Damir Akimbayev (Qazaxıstan) 5:0

54 kq

Sübhan Babayev (Azərbaycan) – Xleb Kuzmiç (Belarus) 5:0

Dəniz Mirağayev (Azərbaycan) – Giorgi Kilasonya (Gürcüstan) - ikinci tam üstünlüklə qalib gəlib

Ramiz Əsgərov (Azərbaycan) – Umar Madaminov (Qırğızıstan) 0:3

66 kq

Valeh Eyvazlı (Azərbaycan) – Sarvan Abdullazadə (Azərbaycan) 4:1

Kənan Qəniyev (Azərbaycan) – Raul Əsədullayev (Azərbaycan) 0:5

+80 kq

Vladislav Samojonov (Qazaxıstan) – Zaur Səmədov (Azərbaycan) 5:0

Kamran Qəniyev (Azərbaycan) – Səftər Məmmədzadə (Azərbaycan) - ikinci tam üstünlüklə qalib gəlib

Qeyd edək ki, yarışda final döyüşləri mayın 18-də baş tutacaq.