“Hillsboro faciəsi”ndən sağ qalan “Liverpul”lu koronavirusdan öldü
- 17 Apr 2020 17:42
- 680
İngiltərənin “Liverpul” klubunun azarkeşi Deyv Ronald vəfat edib.
Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, 65 yaşlı fanat koronavirus pandemiyası səbəbindən dünyasını dəyişib. Ronald, 1989-cu ildə “Hillsboro” stadionunda baş verən faciədə sağ qalmağı bacarmışdı.
1989-cu il, aprelin 15-də “Hilssboro” stadionunda keçirilən “Nottinqem Forest” – “Liverpul” matçı zamanı tribunalar çökmüşdü. Hadisə nəticəsində 96 “Liverpul” azarkeşi vəfat etmişdi.
Hadisədən sonra Ronald tribunaların dağıntıları yaxınlığında oturarkən şəkli şəkilmişdi. Həmin foto hadisəylə bağlı məhşur fotolardan biri idi.