Hücumçumuz 1/2 finalın növbəti oyununda da uduzdu
- 17 Apr 2022 02:08
- 555
Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin üzvü Nikolina Boşnakova Macarıstan çempionatında növbəti yarım final oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "MCM Diamant" klubunun bu etapdakı rəqibi "Bekescsaba"dır.
Cütün ilk qarşılaşmasında olduğu kimi bu dəfə də voleybolçumuzun komandası uduzan tərəf olub. Nikolina və rəfiqələri 3 set davam etmiş görüşdə quru hesablı məğlubiyyətlə barışmalı olublar - 0:3 (19:25, 20:25, 21:25).
Komandasının finala çıxmaq şansının azaldığı matçda millimizin üzvü 11 xal qazanıb. Boşnakova rəqibi 9 dəfə hücumda, 1 dəfə blokda, 1 dəfə isə eyslə məyus edib.
Qeyd edək ki, cütün növbəti yarım final oyunu aprelin 19-da baş tutacaq. Hücumçumuzun komandası final uğrunda mübarizəni davam etdirmək üçün mütləq qələbə qazanmalıdır. Əks təqdirdə rəqibi finala adlayacaq.