Hücumçumuz Asiyadan Amerikaya getdi
- 19 Noy 2020 11:42
- 956
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Odina Əliyevanın növbəti mövsümdə çıxış edəcəyi komandanın adı bəlli oldu. "Rekord.az" xəbər verir ki, hücumçumuz karyerasını ABŞ-da davam etdirəcək.
Təcrübəli voleybolçumuz ABŞ-ın "Atletes Ulimited" klubu ilə razılığa gəlib. Əliyeva ən azı bir il bu komandanın formasını geyinəcək.
Qeyd edək ki, Odina Əliyeva son mövsümü İndoneziyanın "Cakarta" klubunda keçirib. O, koamndası ilə birlikdə bu ölkənin çempionu adını qazanıb.