Hücumçumuz avroliqa haqqında danışdı
- 10 May 2024 09:18
- 334
Qadın voleybolçulardan ibarət millimiz Qızıl Avropa Liqasına hazırlıqları Sloveniyada davam etdirir. "Rekord.az" xəbər verir ki, yığmamızın hücumçusu Marqarita Stepanenko hazırlıq prosesi və yarış haqqında danışıb:
"Məşqlərimizə Bakıda start verdik. Ayın 9-da Sloveniyaya gedəcəyik. Orada da yoxlama oyunlarımız nəzərdə tutulub. Məşqlərimiz yaxşı gedir. Komandamıza gənc oyunçular cəlb olunub. Əvvəlki heyətdən 4-5 oyunçu var. Bu yarış gənc oyunçularımıza Avropa təcrübəsi qazanmaları üçün yaxşı şansdır. Onlar yaxşı komandalara qarşı oynayıb, təcrübələrini artırmaq imkanı qazanıblar. Əlbəttə ki, biz yaxşı oynayıb qələbələr qazanmaq istəyirik. Düşünürəm Faiq Qarayevin rəhbərliyi ilə hər şey yaxşı olacaq".