Hücumçumuz Braziliya çempionatında liderdir
- 19 Noy 2024 09:52
- 108
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova Braziliya çempionatında uğurlu davam etdirir. "Rekord.az" xəbər verir ki, hücumçumuz bu dəfə şəxsi uğuru ilə yadda qalıb.
"Osasco Voleibol Clube" klubunun şərəfini qoruyan voleybolçumuz liqada çıxış edəcn hücumçular arasında liderdir. Bu günə olan nəticələrə görə, Rəhimova hücumda 62 faizlə oynayıb və bu göstərici üzrə bütün hücumçuları qabaqlayır.
Qeyd edək ki, təcrübəli voleybolçumuzun komandası "Osasco Voleibol Clube" keçirdiyi 6 oyundan 5-də qələbə qazanıb. Klub hazırda 15 xalla 2-ci pillədə qərarlaşıb.