Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Nikolina Başnakova Macarıstan çempionatında 1/2 finalında çıxışını başa vurub. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "MCM Diamant" bu etapda "Bekescsaba" klubu ilə qarşılaşıb. 

Yarım finalın reqlamentinə əsasən üç qələbə qazanacaq komanda adını finala yazdırır. İlk iki oyunda məğlub olan voleybolçumuzun komandası növbəti qarşılaşmada da eyni aqibəti yaşayıb. 3 set davam edən bu matçda nikolina və rəfiqələri quru hesabla uduzublar - 0:3 (18:25, 23:25, 10:25). Bununla da "MCM Diamant" bürünc medallar uğrunda mübarizə aparacaq. 

Komandasının fina şansını itirdiyi bu görüşdə yığmamızın üzvü 9 xal qazanıb. O, rəqibi 8 hücumda, 1 dəfə isə eyslə məyus edib