Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenko formasını geyindiyi Ukraynanın "Prometey" klubu ilə Çexiya çempionatında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun komandası Ukraynada davam edən müharibə səbəbindən Çexiya liqasında mübarizə aparır.

"Prometey" 2-ci tur çərçivəsində "Frydek - Mistek" klubunun qonağı olub. Görüş Rita və rəfiqələri üçün uğurlu alınıb. Oyuna daha yaxşı başlayan Ukrayna təmsilçisi meydandan quru hesablı qələbə ilə ayrılıb - 3:0 (25:8, 25:14, 25:22).

Komandasının çətinlik çəkmədən qələbə qazandığı matçda yığmamızın üvzü 12 xal qazanıb. Stepanenko meydan sahiblərini 8 dəfə hücumda, 4 dəfə isə blokda məyus edib.

Qeyd edək ki, keçirdiyi hər iki qarşılaşmada qələbə qazanan "Prometey" hazırda turnir cədvəlinə 6 xalla liderlik edir. Komanda ən yaxın izləyicisi "Prostejov"dan bir xal öndədir.