Hücumçumuz Çexiyada Ukrayna komandası ilə qələbə qazandı
- 15 Noy 2022 13:14
- 370
Ukraynanın "Prometey" klubunun şərəfini qoruyan Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının üzvü Marqarita Stepanenko Çexiya birinciliyində növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun komandası 8-ci tur çərçivəsində "Sternberk" klubu ilə üz-üzə gəlib.
Görüş Rita və rəfiqələrinni üstünlüyü ilə keçib. 3 hissə davam edən matçda hücumçumuzun komandası quru hesablı qələbəyə sevinib - 3:0 (25:14, 25:22, 25:10).
Ukrayna təmsilçisinin çətinlik çəkmədiyi qarşılaşmada millimizin üzvü 14 xal qazanıb. Stepanenko Çex klubunu 11 dəfə hücumda, 2 dəfə blokda, 1 dəfə isə eyslə məyus edib.