Macarıstanda qadın voleybolçuların birinciliyində növbəti yarımfinal oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Nikalina Başnakovanın formasını geyindiyi "Szent Benedek" bu mərhələdə "Bekescsaba" klubu ilə qarşılaşır.

İlk görüşdə rəqibinə ciddi müqavimət göstərərək qələbəni son anda əldən verən hücumçumuzun komandası ikinci matça pis başlayıb və 0:2 hesabı ilə geri düşüb. Lakin bundan sonra təşəbbüsü ələ alan "Szent Benedek" geri dönüş edərək hesabı bərabərləşdirib - 2:2. Bununla belə, favorit hesab olunan rəqibin təcrübəsi öz sözünü deyib. Gərginliyi ilə yadda qalan tay-brekdə Nikalina və rəfiqələri 15:17 hesabı ilə uduzublar.

"Szent Benedek" yenə son anda məğölub olduğu görüşdə yığmamızın üzvü 24 dəfə fərqlənməklə komandasının heyətində ən məhsuldar oyunçusu olub. Başnakova bu xallardan 22-i hücumda, 1-ni blokda, 1-ni də eyslə qazanıb.

Beləliklə, bu cütün iki oyunda rəqibin xeyrinə 3:2 hesabı qeydə alınıb. Reqlamentə əsasən komandalar üç qələbəyədək mübariə aparırlar. "Szent Benedek" növbəti oyunda qələbə qazanarsa finala çıxmaq uğrunda davam etdirəcək. Məğlub olacağı təqdirdə isə bürünc medal üçün yarışacaq.