Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Nikalina Başnakova Macarıstan çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Szent Benedek" 9-cu turda "MTK" klubunun qonağı olub.

Gərgin keçən görüşün ilk setində voleybolçumuzun komandası məğlub olub. "Szent Benedek" rəqibə ciddi müqavimət göstərsə də istəyinə çata bilməyib. 3 hissə davam etmiş matçda Nikalina və rəfiqələri quru hesabla uduzblar - 0:3 (24:26, 21:25, 23:25).

Komandasının səfərdən xalsız qayıtdığı görüşdə millimizin üzvü 16 dəfə fərqlənməklə qarşılaşmanın iki ən məhsuldar voleybolçusundan biri olub. Başnakova xalların hamısını hücumda qazanıb.