Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Nikalina Başnakovanın növbəti mövsümdə çıxış edəcəyi komandanın adı bəlli olub. "Rekord.az" xəbər verir ki, hücumçumuz karyerasını İtaliyada davam etdirəcək.

25 yaşlı voleybolçumuz İtaliyanın "La Pallavolo CBL" klubu ilə razılığa gəlib. Başnakova ən azı bir il bu komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, son mövsümü Macarıstanın "Szent Benedek" klubunda keçirən Başnakova çempionatın bürünc medalını qazanıb. O, bu komandanın əsas oyunçularından olub.