Azərbaycanın qadın voleybolçulardan ibarət yığmasının daha bir üzvünün çıxış edəcəyi komandanın adı bəlli olub. "Rekord.az" xəbər verir ki, hücumçumuz Odina Əliyeva karyerasını Filippində davam etdirəcək.

Təcrübəli voleybolçumuz bu ölkənin "Choco Mucho Flying Titans" klubu ilə müqavilə imzalayıb. 32 yaşlı hücumçumuz ən az bir il yeni klubunun uğurları üçün çalışacaq.

Qeyd edək ki, Əliyevanın son çıxış etdiyi komanda İndoneziyanın "Jakarta" klubu olub.