Macarıstan çempionatında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Niklina Başnakova növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "MCM-Diamant" 3-cü turda "MTK Budapest" klubu ilə üz-üzə gəlib.

Səfərdə baş tutan görüş voleybolçumuzun komandasının üstünlüyü ilə keçib. Nikolina və rəfiqələri 3 set davam edən oyunda 3:0 (25:11, 25:18, 25:12) hesabı ilə qələbə qazanıblar.

Komandasının çətinlik çəkmədən qalib gəldiyi matçda yığmamızın üzvü 14 xal qazanmaqla qarşılaşmanın ən məhsuldar oyunçusu olub. başnakova meydan sahiblərini 10 dəfə hücumda, 3 dəfə blokda, 1 dəfə isə eyslə məyus edib.