Hücumçumuz komandasına qələbə qazandırdı
- 07 Fev 2023 10:28
- 431
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenko Polşa birinciliyində növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Radomka" 13-cü turda "OnlyBio Pałac Bydgoszcz" klubun qəbul edib.
Görüş voleybolçumuzun komandasının üstünlüyü ilə başlayıb və meydan sahibi ilk seti qalib başa vurub. Lakin rəqib sonradan ümumi hesabı bərabərləşdirə bilib. Rita və rəfiqələri qonaqlara bundan artıq sevinmək imkanı verməyiblər və matçda 3:1 (25:10, 27:29, 25:22, 25:17) hesablı qələbə ilə ayrılıblar.
"Radomka"nın növbəti xallarını qazandığı oyunda yığmamızın üzvü 20 dəfə fərqlənməklə qarşılaşmanın ən məhsuldar oyunçusu olub. Stepanenko bu xallardan 17-ni hücumda, 3-nü isə blokda qazanıb.
Qeyd edək ki, bu qələbədən sonra "Radomka" xallarının sayını 10-a çatdırmaqla turnir cədvəlində 10-cu pilləyə yüksəlib.