Macarıstan çempionatında çıxış edən qadınladan ibarət millimizin üzvü Marqarita Stepanenko növbəti oyununa çıxıb. “Rekord.az” xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu “Bekescsaba” 2-ci turda “KNRC” klubu ilə üz-üzə gəlib.

Görüş voleybolçumuzun üstünlüyü ilə keçib. 3 hissə davam edən matçda Rita və rəfiqələri quru hesablı qələbə qazanıblar – 3:0 (25:17, 25:17, 25:21).

Komandasının səfər oyunundan qalib ayrıldığı oyunda yığmamızın üzvü 16 dəfə fərqlənib. Bu göstərici ilə o, qarılaşmanın ən məhsuldar oyunçusu olub. Stepanenko bu xallarda 8-ni hücumda, 6-nı blokda, 2-ni isə eyslə qazanıb.