Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Rumıniya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "CSM Lugoj" 18-ci turda "FC Arges" klubunun qonağı olub.

Görüş voleybolçumuzun komandası üçün uğurlu keçib. 3 set davam edən matçda Liza və rəfiqələri meydan sahiblərinə heç bir şans verməyiblər və quru hesablı qələbəni bayram ediblər - №:0 (25:20, 25:17, 25:14).

Komandasının növbəti xallarını qazandığı görüşdə yığmamızın üzvü 10 xal qazanıb. Ruban meydan sahiblərini 5 dəfə hücumda, 5 dəfə isə blokda məyus edib. Onun blokdakı göstəricisi matçın ən yaxşı nəticəsi olub.

Qeyd edək ki, bu qələbə ilə "CSM Lugoj" xallarının sayını 40 çatdırıb və 5-ci pillədəki yerini qoruyub.