Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban Rumıniya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "CSM Lugoj" 20-ci turda "CS Rapid Bucuresti" klubunun qonağı olub. 4 hissə davam edən matçda Liza və rəfiqələri meydan sahiblərini 3:1 (25:22, 14:25, 25:18, 25:23) hesabı ilə məğlub ediblər.

Komandasının növbəti xallarını qazandığı qarşılaşmada millimizin üzvü 22 dəfə fərqlənməklə qələbədə mühüm pay sahibi olub. Ruban bu xallardan 20-ni hücumda, 1-ni blokda, 1-ni də eyslə qazanıb. 

Bu qələbə ilə xallarının sayını 45-ə çatdıran "CSM Lugoj" turnir cədvəlində 3-cü pilləyə yüksəlib.