Macarıstanda qadın voleybolçuların birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin bu ölkədə çıxış edən üzvü Nikolina Boşnakovanın şərəfini qoruduğu "Szent Benedek" 3-cü turda "MTK Budapest" klubu ilə üz-üzə gəlib.

Görüş voleybolçumuzun komandası üçün yaxşı keçib. Nikolina və rəfiqələri 3 set davam edən matçda quru hesablı qələbəni bayram ediblər - 3:0 (26:24, 25:22, 25:16).

Komandasının növbəti xallarını qazandığı qarşılaşmada millimizin üzvü əvəzetmə ilə oynayıb. O, meydanda olduğu müddətdə 4 xal qazanıb. Boşnakova qonaqları 2 dəfə hücumda, 2 dəfə isə eyslə məyus edib.