Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Nikalina Başnakova Macarıstan kubokunda növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzn formasını geyindiyi "Szent Benedekt" 1/4 final mərhələsində "KNRC" klubu ilə qarşılaşıb.

Cütün gərgin keçən ilk görüşündə voleybolçumuzun komandası rəqibdən cəmi set ala bilib. 4 hissə davam edən matçda Nikalina və rəfiqələri 1:3 (23:25, 25:12, 24:26, 23:25) hesabı ilə uduzublar. 

Komandasının məğlub olduğu görüşdə hücumçumun əvəzetmə ilə oynayıb. Başnakova meydanda olduğu müddətdə fərqlənməyib.

Qeyd edək ki, cütün cavab oyunu dekbarın 17-də  "Szent Benedekt"in meydanında baş tutacaq.