Macarıstanda qadın voleybolçuların birinciliyində final mərhələsinin oyunları davam edir. "Rekrod.az" xəbər verir ki, bu ölkədə çıxış edən Azərbaycan millisinin üzvü Nikolina Boşnakovanın şərəfini qoruduğu "MCM Diamant" bürünc medal uğrunda yarışıb. Komandanın bu etapdakı rəqibi isə "Szent Benedek" klubu olub.

Cütün bundan əvvəl keçirilən iki qarşılaşmasında voleybolçumuzun komandası məğlub olub və ümumi hesabda 0:2 hesaı ilə geri düşüb. Tərəflərin növbəti görüşündə Nikolina və rəfiqələri rəqibə ciddi müqavimət göstərsələr də, bürünc medal şanslarını saxlaya bilməyiblər. İlk iki seti uduzan komanda sonradan hesabı bərabərləşdirib və görüşün taleyini tay-brekə daşıyıb. Lakin gərgin keçən 5-ci hissədə "MCM Diamant" uğurunu davam etdirə bilməyib və qarşılaşmadan 2:3 (21:25, 13:25, 25:23, 25:20, 13:15) hesablı məğlubiyyətlə ayrılıb. 

Komandasının mükafatsız qaldığı oyunda yığmamızın üzvü 16 dəfə fərqlənib. "MCM Diamant"ın heyətində ən yaxşı iki voleybolçudan biri olan Boşnakova xalların hamısını hücumda qazanıb.