Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenko Macarıstan çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Bekescsaba" pley-offda "UTE" ilə üz-üzə gəlib. 

Cütün ilk dörd matçında tərəflər hərəyə iki qələbə qazandığından 5-ci görüşə ehtiyac yaranmışdı. Bu qarşılaşma da kifayət qədər gərgin keçib. Hər komanda iki setdə fərqləndiyi üçün yarımfinalçının adına tay-brekdə aydınlıq gəlib. Həlledici hissədə daha dəqiq oynayan Rita və rəfiqələri meydandan 3:2 (25:21, 20:25, 25:17, 14:25, 15:11) hesablı qələbə ilə ayrılıblar. 

Bu qələbə ilə "Bekescsaba" adını yarımfinala yazdırıb. 

Komandasının mərhələ adladığı görüşdə yığmamızın üvzü 13 xal qazanıb. Stepanenko 11 dəfə hücumda, 2 dəfə isə blokda fərqlənib.