Macarıstanın qadın voleybolçulardan ibarət "Bekescsaba" klubunda çıxış edən Azərbaycan millisinin üzvü Marqarita Stepanenko kubok uğrunda ilk oyununu keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun komandası 1/8 finalda "TFSE" klubu ilə qarşılaşıb. 

Oyun voleybolçumuzun komandasının üstünlüyü ilə keçib. 3 set davam edən matçda "Bekescsaba" quru hesablı (3:0, 25:21, 25:12, 25:16) qələbə qazanıb. Bu qələbədən sonra komanda adını 1/8 finala yazdırıb.

Komandasının mərhələ adladığı görüşdə voleybolçumuz 3 dəfə fərqlənir.