Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenko Macarıstan birinciliyində növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Bekescsaba" 6-cı turda "Szent Benedek"in qonağı olub. 

Görüş voleybolçumuzun komandasının üstünlüyü ilə keçib. 3 hissə davam edən matçda Rita və rəfiqələri quru hesablı qələbəni bayram ediblər - 3:0 (25:20, 25:16, 25:18).

Komandasının növbəti xallarını qazandığı görüşdə yığmamızın üzvü 15 xal qazanmaqla qarşılaşmanın ən məhsuldar oyunçusu olub. Stepanenko rəqibi 10 dəfə hücumda, 3 dəfə blokda, 2 dəfə isə eyslə məyus edib.