Hücumcumuz millidən getdi
- 11 Yan 2020 12:05
- 1257
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının üzvü Polina Rəhimova millidən getdi. "Rekord.az" xəbər verir ki, təcrübəli hücumçumuz özü bu barədə açıqlama verib.
Ukrayna əsilli voleybolçumuz Niderlandda təşkil olunan Avropa olimpiya təsnifat turnirdə yığmanın heyətində son oyununu keçirib.
Dünya rekordunun sahibi 13 il Azərbaycan yığmasının formasını geyinib. Hər zaman millimizin aparıcı oyunçularından olan Rəhimova bu müddətdə bir çox uğurlara imza atıb.