Rumıniyada çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "CSM Lugoj" 13-cü turda "CSO Voluntari 2005" klubunu qəbul edib. 

Ggərginliyi ilə yadda qalan görüş voleybolçumuzun komandası üçün uğursuz başlayıb və meydan sahibləri 0:2 hesabı ilə geri düşüblər. Lakin bundan sonra təşəbbüsü ələ alan voleybolçumuzun komandası ümumi hesabı bərabərləşdirməklə matçın taleyini tay-brekə daşıyıb. Həlledici hissədə isə Liza və rəfiqələri daha dəqiq oynayıblar və meydandan 3:2 (13:25, 20:25, 28:26, 25:20, 15:13) hesablı qələbə ilə ayrılıblar. 

Komandasının geridönüş etdiyi görüşdə yığmamızın üzvü də möhtəşəm oyunla fərqlənib. Ruban 20 xal qazanmaqla qarşılaşmanın ən məhsuldar voleybolçusu olub. O, qonaqları 18 dəfə hücumda, 2 dəfə isə blokda məyus edib.