Hücumçumuz nə qədər çalışsa da, komandası uduzdu
- 25 Noy 2022 10:22
- 455
Macarıstanda çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Nikolina Boşnakova növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Szent Benedekt" klubu 6-cı turda "Fatum"la üz-üzə gəlib.
Səfərdə baş tutan görüş voleybolçumuzun komandası üçün uğursuz alınıb. Yalnız bir setdə sevinə bilən Nikolina və rəfiqələri qarşılaşmadan 1:3 (24:26 ,25:19, 12:25, 20:25) hesablı məğlubiyyətlə ayrılıblar.
"Szent Benedekt"in xalsız qaldığı matçda yığmamızın üzvü 15 xal qazanmaqla komandasının ən məhsuldar oyunçusu olub. Boşnakova meydan sahiblərini 11 dəfə hücumda, 4 dəfə isə blokda məyus edib.
Qeyd edək ki, 6 oyundan sonra hesabında 10 xal olan "Szent Benedekt" turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.