Hücumçumuz pley-offun ilk turunda komandasına qələbə qazandırdı
- 27 Mar 2023 12:50
- 387
Rumıniyada qadın voleybolçuların birinciliyində pley-off mərhələsi start götürüb. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin bu ölkədə çıxış edən üzvü Yelizaveta Rubanın formasını geyindiyi "CSM Lugoj" bu 1/4 finalda "CSO Voluntari 2005" klubu ilə üz-üzə gəlib.
Görüş hücumçumuzun komandasının üstünlüyü ilə keçib. Doğma azarkeşlər önündə rəqibə heç bir şans verməyən Liza və rəfiqələri meydandan 3:0 (25:17, 25:21, 25:22) hesablı qələbə ilə ayrılıblar.
"CSM Lugoj"un pley-offa qələbə ilə başladığı matçda yığmamızın üzvü 19 xal qazanmaqla qarşılaşmanın ən məhsuldar oyunçusu olub. Ruban qonaqları 17 dəfə hücumda, 2 dəfə isə eyslə məyus edib.