Hücumçumuz pley-offun növbəti oyununda uduzdu
- 22 Fev 2024 09:15
- 218
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Stepanenko Macarıstan çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Bekescsaba"nın 1/4 finaldakı "UTE" klubudur.
Cütün ilk görüşündə voleybolçumzun komandası quru hesabla qalib gəlsə də ikinci oyunda rəqibi ilə bacarmayıb. 3 hissə davam edən bu matçda Rita və rəfiqələri 0:3 (24:26, 19:25, 21:25) hesabı ilə məğlub olublar. Bu qarşılaşmada yığmamızın üzvü 14 xal qazanmaqla oyunun ən məhsuldar voleybolçusu olub. Stepanenko rəqibi 10 dəfə hücumda, 4 dəfə isə blokda məyus edib.
Beləliklə, baş tutmuş iki matçdan sonra ümumi hesab bərabərdir. Yekunda üç qələbə qazanacaq tərəf yarımfinala yüksələcək.