Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Əzizova Polşa çempionatında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Radomka" 19-cu tur çərçivəsində "KS Palas" klubu ilə üz-üzə gəlib.

Görüş Rita və rəfiqələrinin üstünlüyü ilə keçib. İlk set qonaqların ciddi müqavimətinə baxmayaraq voleybolçumuzun komandası hissəni qalib başa vurub və təşəbbüsü sonadək əlində saxlayıb. "Radomka" doğma meydanda rəqibi üzərində quru hesablı qələbə qazanıb - 3:0 (25:23, 25:16, 25:21).

Komandasının aktivinə 3 xal yazdırdığı qarşılaşmada yığmamızın üzvü 11 dəfə fərqlənib. Əzizova bu xallardan 6-nı hücumda, 5-ni isə blokda qazanıb.