Polşada çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Marqarita Stepanenko növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Radomka" 19-cu turda "Lodz" klubu ilə qarşılaşıb.

Rəqib meydanında baş tutan görüş voleybolçumuzun komandası üçün uğursuz alınıb. 3 set davam edən matçda Rita və rəfiqələri quru hesablı məğlubiyyətlə barışmalı olublar - 0:3 (19, 25, 17:25, 15:25).

Komandasının xalsız qaldığı görüşdə millimizin üzvü son iki hissədə oynayasa da, o, meydanda olduğu müddətdə 9 fərqlənməklə komandasının ən məhsuldar voleybolçu olub. Stepanenko bu xallardan 8-ni hücumda, 1-ni isə blokda qazanıb.

Qeyd edək ki, "Radomka" 13 xalla turnir cədvəlində 10-cu yerdədir.